İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşıb.

VI turda baş tutan oyun Atilla Karaoğlan tərəfindən idarə olunub.

Bakı vaxtı ilə saat 21:00-da "Ülker" stadionunda başlayan İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçirilib.

İndiyə qədər baş tutan görüşlərin 53-ündə "Fənərbaxça", 37-də "Qalatasaray" qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.

Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran "Cimbom" ilk hissəni öndə tamamlayıb. "Sarı-qırmızılar" ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb - 1:3.

Hazırda "Qalatasaray" 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.

21 sentyabr

Türkiyə Super Liqası

21:00. "Fənərbaxça" - "Qalatasaray" 1:3
Qollar: Edin Dzeko, 63 - Lukas Torreyra, 21, Dris Mertens, 28, Qabriel Sara, 60//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR