Onlayn ictimai-siyasi qəzet
Türkiyə Kubokunda "Qalatasaray" növbəti matçına çıxıb.
Milli.Az xəbər verir ki, C qrupunda 3-cü tur çərçivəsində sarı-qırmızılar doğma meydanda qrup lideri "Konyaspor"u qəbul ediblər.
İstanbul klubu rəqibi ilə bacarmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb.
Hazırda "Konyaspor" 7 xalla C qrupunda birincidir. "Cim-bom" isə 5 xalla onu izləyir.
Qeyd edək ki, bu iki komanda ilə yanaşı "Başakşehir", "Boluspor", "Eyupspor" və "Çorum" klubları da C qrupunda mübarizə aparır.
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ