İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid" "Enfild"də məşqə çıxmaqdan imtina etdi

"Real Madrid" Çempionlar Liqasında "Liverpul"a qarşı keçirəcəkləri oyun öncəsi "Enfild"də məşq keçirməmək qərarına gəlib.

İnformasiyanı "Marca" yayıb.

Mənbənin məlumatına görə, “kral klubu”nun baş məşqçisi Xabi Alonso rəqib meydanında oyunöncəsi məşq keçirmək istəməyib. Əvəzinə Madrid komandası İngiltərəyə uçuşdan əvvəl məşqini öz məşq bazasında keçirəcək.

"Liverpul" - "Real Madrid"lə oyunu çərşənbə axşamı, noyabrın 4-dən 5-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Əsas mərhələnin üç oyunundan sonra mersisaydlıların 6 xalı var, İspaniya nəhəngi isə 9 xal əldə edib. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR