 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Rusiyanın keçmiş baş naziri və prezidentinin oğlu İlya Medvedev bildirib ki Rusiyada, Çində olduğu kimi korrupsiyaya görə edamlar tətbiq olunmayacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, "İnnovativ Rusiya" forumundakı çıxışı zamanı İlya Medvedyev Rusiyanın ölüm hökmü kimi radikal antikorrupsiya tədbirlərinə əl atmağı planlaşdırmadığını vurğulayıb. "Çində ümumiyyətlə insanları edam edirlər. Biz bunu etməyəcəyik. Baxmayaraq ki, bəzi hallarda bu, faydalı olardı", - deyə o qeyd edib.
İlya Medvedyev "Vahid Rusiya" partiyasının layihələr rəhbəridir.
Xatırladaq ki, 2017-ci ildə Aleksey Navalnı keçmiş Rusiya prezidenti Dmitri Medvedyevin Rusiyada və xaricdə bahalı daşınmaz əmlaka, o cümlədən mülklərə, mənzillərə, yaxtalara və üzüm bağlarına sahib olduğunu iddia edən araşdırma dərc etmişdi.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ