İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"ın növbəti mövsüm üçün ilk transfer hədəfi

"Qalatasaray"ın qarşıdakı mövsüm üçün ilk transfer hədəfi bəlli olub.

Musleranın son mövsümü olduğu üçün "Cim-Bom" əsas diqqəti qapıçı transferinə ayırıb. "Sarı-qırmızlar" Lukas Perrinin xidmətində maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi "Lion"un qolkiperinin performansını mövsümün sonuna qədər izləyəcək və uyğun olduğu halda yay "transfer pəncərəsi"ndə danışıqlara başlayacaq.

Braziliyalı eyni zamanda Premyer Liqadan "Nyukasl"ın da "radarı"na düşüb.

Qeyd edək ki, 27 yaşlı Lukasın Fransa klubu ilə daha 3.5 illik müqaviləsi var. Perri 2024/25 mövsümündə 29 oyuna çıxıb və 34 qol görüb. Təcrübəli "çərçivə qoruyucusu" 10 matçda qapısından top buraxmayıb.  (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR