İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi sosial media hesabları fəaliyyətə başladı

2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası üçün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, bu platformaların yaradılmasında məqsəd davamlı şəhər inkişafı üzrə dünyanın ən böyük qlobal tədbirinə hazırlıq prosesi, eləcə də Forum çərçivəsində həyata keçirilən layihələr barədə yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlıq çərçivəsində keçiriləcək WUF13 forumu dünyanın müxtəlif ölkələrindən hökumətləri, bələdiyyələri, özəl sektorları, vətəndaş cəmiyyətlərini, gəncləri və akademik dairələri, həmçinin beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Forumun rəsmi sosial media hesablarına aşağıdakı keçidlər vasitəsilə daxil olmaq mümkündür:

https://x.com/WUF13Azerbaijan

https://www.facebook.com/WUF13Azerbaijan

https://www.instagram.com/wuf13azerbaijan/

https://www.linkedin.com/company/wuf13azerbaijan

https://www.youtube.com/@WUF13Azerbaijan

https://www.tiktok.com/@wuf13azerbaijan

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR