 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            ABŞ prezidenti Donald Tramp Asiya–Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) dövlət başçılarının sammitində çıxışı zamanı Hindistanın baş naziri Narendra Modi ilə Pakistanla münaqişə barədə apardığı danışıqlardan danışıb.
Musavat.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Tramp Modi haqqında “ən mehriban adam” və “ata kimi bir şəxsiyyət” ifadələrini işlədib.
“Amma o, bir qatil, şeytan qədər sərtdir”, - deyə Tramp əlavə edib.
Donald Tramp çıxışı zamanı Hindistan baş nazirini hind ləhcəsi ilə imitasiya edərək deyib:
“Yox, biz döyüşəcəyik”.
O əlavə edib ki, iki gün sonra Hindistan ABŞ-la əlaqə saxlayaraq mövqeyini yumşaldacağını bildirib.
“Bu, heyrətamiz deyilmi?”, - Tramp auditoriyaya müraciət edib.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ