İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlar tam pulsuz hüquqi yardım alacaq?

"Komitə tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təkliflər hazırdır və bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır".

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin ləğv edilməsi komitəsi ilə Uşaq hüquqları komitəsinin Azərbaycanla bağlı narahatlıq törədən tövsiyələrinin aradan qaldırılması üçün tədbirlər görülür:

"Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı Komitə ilə Vəkillər Kollegiyası arasında imzalanan memoranduma əsasən, biz onların üzərinə pulsuz hüquqi yardım göstərmək öhdəliyi qoymuşuq. Onlar bu istiqamətdə əllərindən gələni edirlər. Lakin məhkəməyə müraciət müəyyən vəsait tələb edir. Düşünürük ki, bu məsələnin köklü həlli qadınları pulsuz hüquqi yardımın göstərilməsi məsələsinin qanunvericiliklə tənzimlənməsidir.

Biz tam pulsuz hüquqi yardıma nail olmaq üçün aidiyyəti qurumlara müraciət etmişik ki, onlar da öz təkliflərini hazırlasınlar. Çünki prosesə yanaşma müxtəlif qurumlar tərəfindən fərqli aspektlərdən aparılır. Yekunda biz mütləq bu prosesin müsbət həllinə nail olacağıq".

Bahar Muradova onu da deyib ki, hazırda komitənin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir: "Cari yarımil ərzində Qadın Resurs Mərkəzləri tərəfindən 3782 nəfərin iştirakı ilə 126 görüş, dəyirmi masa və 82 təlim keçirilib".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR