İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın qılığına girən oğru mühafizəçilər tərəfindən GÜLLƏLƏNDİ - ANBAAN VİDEO

Türkiyədə bir adam qadın qılığına girərək oğurluq etməyə çalışıb.

Musavat.com xəbər verir ki, Mersinde baş verən hadisədə insanları qəsb etməyə çalışan şəxs tapançanı doğrultduğu zaman mühafizəçilər tərəfindən yaxalanıb.

Hadisə zamanı ayağından güllə yarası alan şübhəlinin istintaqı zamanı məlum olub ki, onun çoxlu cinayət işi var. İşin istintaqı davam etdirilir.

Mersin Təhlükəsizlik Müdirliyindən verilən məlumata görə, axşam saatlarında mərkəzi Aralıq dənizi mahalının Siteler məhəlləsində patrul xidməti həyata keçirən bazar və məhəllə mühafizəçiləri qadın geyimində kişi görünüşlü bir şəxsin davranışından şübhələnərək, yoxlamaq istəyiblər. Bu vaxt qadın paltarında olan şübhəli çantasından tapançanı çıxararaq qarşıdan gələn mühafizəçilərə doğruldub. Məhəllə mühafizəçiləri isə onu ayağından güllələyiblər.

Yaralı halda yaxalanan şübhəlinin insanları qəsb etmək məqsədilə qadın qılığına girdiyi müəyyən edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR