İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin varisi haqda dünyanı qorxudan proqnoz

Rusiyanın başbilənləri  İoanın öncəgörməsini tirajlamaqla demək istəyirlər ki,  indiki prezidentin getməsi ilə heç nə yaxşılığa doğru dəyişməyəcək, əksinə...

13 il əvvəl vəfat edən öncəgörən İoan Odesskiy sağlığında  Rusiyanın gələcəyi, onun rəhbərləri və dövlət  taleyi ilə bağlı çoxlu proqnozlar verib. Musavat.com utro.ru-ya istinadən xəbər verir ki, öncəgörən İoan  Rusiya prezidenti Vladimir Putin və onun gələcək varisinin kimliyi haqda da proqnozları olub.

 Saytın iddiasına görə, İoan Putini “mülayim və istiqanlı insan” kimi xarakterizə edib, amma ondan sonra hakimiyyətə gələnin  tamam  fərqli xarakterli olacağını proqnozlaşdırıbmış.  “O,(Putin-red) özündən sonra İvan Qroznı kimi birini rəhbərliyə qoyacaq”.  Öncəgörən qeyd edibmiş ki, yeni dövlət rəhbəri özündən əvvəlkindən çox fərqliliyi ilə  tanınacaq.

1657485536526442ce42625fe8914acf.jpg (146 KB)

 İoanın Ukrayna müharibəsini başlayacağı haqda proqnozları da olub.  O, “Rusiya ilə qonşu dövlət arasında münaqişə” olacağını, hətta sona çatması ilə bağlı da öncəgörmələri var.  Onun öncəgörməsində  deyilir ki, “hər şey Bağışlanma Bazar Günündə, Rusiya qələbəsi ilə başa çatacaq”.

Sayt yazır ki, öncəgörəmnin bəhs etdiyi tarix- 16 marta  təsadüf edir.  Bağışlanma Bazar günü Pasxadan asılı olaraq hər il dəyişir. Qeyd olunur ki, bu tarixlərin zəruri üst-üstə düşməsi artıq ötən il baş verib və indi yalnız bir neçə ildən sonra təkrarlanacaq.

Beləliklə, əgər İoananın “peyğəmbərliyinə” inansaq, Putinin varisi güclü və sərt fiqur olacaq və hərbi münaqişənin sonu pravoslav dindarlar üçün böyük əhəmiyyət kəsb edən xüsusi tarixə düşəcək.   

son abzas.jpg (64 KB)

Onun bəzi öncəgörmələrinin gerçəkləşdiyi də iddia edilir. Belə ki, o illər öncə ABŞ prezidentlərindən birinin yenidən hakimiyyətə qayıdacğını deyibmiş. Ruslar  onun “Kiyevin bir hissəsi batacaq, digəri isə evə qayıdacaq” münnəcimliyinin açması üzərində fikirləşirlər. İoan münaqişə zamanı təxminən üç Ukrayna prezidentinin dəyişəcəyini də proqnozlaşdırıbmış. Bu isə digər öncəgörən-LDPR lideri Vladimir Jirinovskinin verdiyi proqnoza uyğun deyil. Belə ki, Jirinovski Zelenskinin sonuncu Ukrayna prezident olacağını deyib...

Putinin varisi ilə bağlı öncəgörmənin indi tirajlanması da maraq doğurur. Qərbdə belə bir inam var ki, Putin hakimiyyətdən gedərsə, ondan sonra gələnlə daha təhlükəsiz dünya üçün anlaşmaq olar. Yəni Putin sərt xətt tərəfdarı kimi tanınır. İndi Rusiyanın başbilənləri bu öncəgörməni tirajlamaq demək istəyirlər ki, Putinin getməsi ilə heç nə yaxşılığa doğru dəyişməyəcək, əksinə “mülayim və istiqanlı insan”ın əvəzinə İvan Qroznı kimi  daha sərt biri gələcək...        

Musavat.com     

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR