İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin qohumundan ŞOK AÇIQLAMA: İtkin düşən 48 min hərbçi SİRRİNİ ifşa etdi - CANLI

Rusiya Prezidenti Vladimir Putinin qohumu (əmisi qızı olduğu deyilir-red.), müdafiə nazirinin müavini Anna Tsivileva Dövlət Dumasında bilmədən hərbi sirri ifşa edib.

O, itkin düşən rus əsgərlərinin təxmini sayını açıqlayıb. Bildirib ki, Rusiya hakimiyyəti itkin düşən rus əsgərlərinin axtarışına görə DNT testlərinin aparılması üçün 48 min müraciət alıb.

Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Kartapolov ondan “bu rəqəmlərin başqa yerdə açıqlanmamasını” və bu məlumatların sənədlərdən çıxarılmasını xahiş edib.

Ukrayna Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Rusiya Xersona yeni hücum əməliyyatına hazırlaşır. Onun sözlərinə görə, Rusiya ordusu artıq çaydan keçmək üçün təxminən 300 qayıq hazırlayıb.

Musavat.com-un məlumatına görə Ukrayna hərbi qüvvələri hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin məqsədi çay adalarını ələ keçirmək və Xersonun qərb sahilinə doğru irəliləməkdir. Son günlər Rusiya Koxa adasına hücum təşkil edib. Bu ada Xerson şəhərinin şimal-şərqində, Nova Kaxovka yaxınlığında yerləşir.

Almaniya Ukraynada sülhməramlı missiyada hərbçilərinin iştirakını nəzərdən keçirməyə hazırdır. Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. O, bunun üçün əvvəlcə Rusiya ilə real atəşkəs razılaşmasının əldə edilməli olduğunu vurğulayıb. Bu açıqlama, Brüsseldə keçirilən NATO-nun iclasında alman nümayəndəliyi tərəfindən irəli sürülüb.

Berbok Almaniyanın bu məsələdə sülh və sabitlik təşəbbüslərinə dəstək verməyə, həmçinin beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu addım həmçinin Avropa İttifaqı və NATO-nun digər üzvləri ilə koordinasiyada həyata keçiriləcək. "Biz uzunmüddətli sülhün təmin edilməsi üçün bütün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq etməyə hazırıq," - deyə Berbok əlavə edib.

O həmçinin qeyd edib ki, belə bir missiya Ukraynanın daxili təhlükəsizlik sistemini gücləndirə və münaqişənin qarşısının alınmasına kömək edə bilər. Xatırladaq ki, ABŞ və bir sıra ölkələr Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir. Berbok Ukraynanın Alyansa üzvlüyünün Rusiya ilə sülh razılaşmasının bir hissəsi ola biləcəyini hesab edir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR