İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostu Varnig prezidentin Ukrayna planlarından danışdı

 

Rusiya prezidenti Vladimir Putinə yaxın sayılan alman iş adamı Mattias Varniq Rusiya prezidenti ilə Moskvada görüşdüyünü deyib.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Die Zeit” qəzetinə müsahibəsində danışıb.

Qeyd edək ki, Varnik Baltik dənizinin dibindən keçərək Avropaya təbii qazı çatdırması planlaşdırılan “Şimal axını 2”nin baş icraçı direktoru olub.

Alman iş adamı Rusiya və Putinlə əlaqələrinə görə ABŞ-ın sanksiyalar siyahısında olan yeganə Almaniya vətəndaşıdır.

Varniqin sözlərinə görə, Putinlə görüş zamanı o, Rusiya prezidentini Ukraynaya qarşı hərbi əməliyyatlara son qoymağa inandırmağa çalışıb. O həmçinin Putindən qondarma xüsusi əməliyyatın əsl məqsədlərinin nə olduğunu soruşub. "Siz Donetsk və Luqanskdan danışırsınız, amma eyni zamanda qoşunlarınız Kiyevi ələ keçirmək istəyir. Bunu necə başa düşmək olar? Odessa və ya Xarkov, yoxsa bütün Ukraynanı istəyirsiniz? Yoxsa daha çox?" –deyə o, Putinə bu sualı ünvanlayıb.

 Rusiya prezidenti alman dostuna "Bu, dövlət sirridir" deyə cavab verib. Varniq iddia edir ki, o, Putinlə başqa bir söhbətində Rusiyanın müharibədə qalib gələ bilməyəcəyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin Varniklə görüşdüyünü təsdiqləyib, lakin detalları açıqlamayıb.

Putinin dostu hazırda Almaniyada "didərgin" olduğunu və heç kimin onunla iş görmək istəmədiyini söyləyib.

Matias Varnig Putinlə hələ 1980-ci illərdə, gələcək Rusiyanın prezidenti Drezdendə DTK zabiti kimi işlədiyi vaxt tanış olub.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR