İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin aylardır üzərində çalışdığı PLANIN ŞOK DETALLARI - Yaxın günlərdə...

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İlarionov Moskvanın Ukraynaya qarşı “Böyük Stalinqrad əməliyyatı”na başlayacağını və rus ordusunun üçtərəfli böyük hücuma hazırlaşdığını iddia edib. O bildirib ki, plana uyğun olaraq şimalda Belarus, cənubda Krım və Qara dənizdən Ukraynaya hücum edəcək Rusiya Qərblə hərbi dəstək xətlərini kəsərək Kiyevi boğmağa çalışacaq.

Musavat.com xəbər verir ki, Andrey İlarionovun sözlərinə görə, Rusiya Ukraynaya tam gücü ilə hücum etməyə hazırlaşır və Ukraynadakı müharibə önümüzdəki günlərdə daha ciddi ölçü alacaq.

“On minlərlə insan itkisinə baxmayaraq, birinci ilini başa vurmaq üzrə olan Ukrayna müharibəsi indiyədək regional münaqişə olub. Tezliklə bu dəyişəcək və Putin yenidən Ukraynaya qarşı bütöv bir müharibəyə gedəcək. Rusiya iqtisadiyyatının uzun illər davam edən müharibəyə tab gətirə bilməyəcəyini dərk edən Putinin istəyi Donbasla məhdudlaşmayacaq, Ukraynaya birbaşa Qərbdən zərbə endirməklə ABŞ və digər Qərb ölkələrindən hərbi yük daşımalarını dayandırmağı hədəfləyəcək" - Putinin keçmiş müşaviri bildirib.

9EA6230C-11DC-460C-8901-C5910290.jpg (115 KB)

İlarionov Putinin sentyabr ayından böyük müharibə planı üzərində şəxsən çalışdığını deyib:

“Putin sentyabr ayından bəri bütün Ukraynanın necə nəzarət altına alınacağını planlaşdırır. Rusiyanın 2021-ci ildə istənilən vaxt Ukraynaya hücum edə biləcəyini deyən Amerika kəşfiyyatı indi susmağa üstünlük verir. Putinin böyük müharibə planlaşdırdığını görməmək mümkün deyil. Yalnız bir üslub qalıb. Qərb Rusiyanın hücumu və ikinci sarsıdıcı əks zərbəni planlaşdıra bilər".

Putinin keçmiş müşaviri bildirib ki, Putinin hədəfi Kiyev, Donbas, Xarkov və ya Zaporojye bölgələri deyil:

"Onun əsas məqsədi Ukraynaya xaricdən silah daşınmasını dayandırmaq və ölkənin Qərblə əlaqəsini tamamilə kəsməkdir. Bunun üçün bu yaxınlarda Baş Qərargah rəisi Valeri Gerasimovu böyük əməliyyatın başına gətirib. "Stalinqrad əməliyyatı" üç cəbhəyə bölünüb: General Oleq Sulyukov birinci qərb cəbhəsinin komandanlığına təyin edilib. Belarus ərazisindən Ukraynaya daxil olacaq Sulyukovun komandanlığı altındakı rus qoşunları Lvov şəhərinə doğru hərəkət edəcək. Bu bölgə xarici silahların daşınması üçün əsas marşrutdur.

İkinci cəbhə Qara dəniz regionu və Krımdan açılacaq. Bu cəbhənin komandanlığı general Aleskey Kimə verilib. Yeni ildən sonra onlarla desant gəmisi Rusiyanın Novorosisk limanını tərk edərək açıq dənizdə gözləyir. Burada məqsəd Rumıniya, Moldova, Ukrayna üçbucağını dağıtmaq, hətta Moldovanı işğal etməklə qərb istiqamətində keçmiş sovet sərhədlərini zəbt etməkdir.

Üçüncü Donbas cəbhəsi general Sergey Surovikinə verilib. Ona verilən tapşırıq Donbasın müdafiəsini tam yarıb Zaporojye və Xarkov istiqamətində irəliləməkdir".

WhatsApp Image 2022-11-13 at 12.50.10.jpeg (73 KB)

Andrey İlarionov qeyd edib ki, Putinin 2022-ci ildə böyük müharibəyə başlamaq üçün topladığı 200 min əsgərin əvəzinə indi 600-700 min əsgəri var: “Əgər bu qüvvələr Gerasimovun koordinasiyası ilə işləsələr, Vladimir Putin Kiyevin mərkəzini xarici aləmlə kəsmək planlarına tezliklə nail ola bilər".

QEYD: 24 fevral 2022-ci ildə Rusiya həm Donbas bölgəsi, həm də cənub istiqamətində hücuma keçərək şimalda Belarus üzərindən Kiyevə girməyə etməyə cəhd etmişdi. Lakin hava şəraiti və maddi-texniki çətinliklər səbəbindən şimaldan geri çəkilməli olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR