İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynadakı hava hücumundan müdafiə komandanını vəzifəsindən azad etdi


Rusiya prezidenti Vladimir Putin Ukraynada durğun keçən kampaniya fonunda Rusiya ordusunun rəhbərliyində dəyişiklik etməyə davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, işğal hərəkatının başlamasında bur yana Rusiyada yüksək səviyyə və rütbədə komandanlıqlar azı 5-6 dəfə əvəzlənib.

Ukrayna artilleriyasının işğal altındakı Mariupol daxil olmaqla, Rusiya ordusunun dərinliklərinə zərbələr endirməsi komandanlığın növbəti dəyişməsinə yol açıb. Son hadisə, Rusiya ordusu üçün böyük problemə çevrilib. Çünki Moskva Mariupolun Ukrayna Silahlı Qüvvələrinin zonasından kənarda yerləşdiyinə əmin idi və bundan əlavə, şəhər mühüm logistika mərkəzi rolunu oynayırdı.

Gələn informasiyalara əsasən, bundan sonra hava hücumundan müdafiə vasitələri quru qoşunlarının qərargahının nəzarətindən çıxarılaraq Aerokosmik Qüvvələrin komandanlığına verilib.
Yəni bundan sonra Rusiyanın Ukraynadakı Hava-hücumundan müdafiə vasitələrinin idarəçiliyi Aerokosmik Qüvvələrin komandanı general Sergey Surovikinə keçir.
Xatırladaq ki, ötən ilin oktyabrın bu ilin yanvarına qədər Surovikin Ukraynada döyüşən qoşunların hamısına rəhbərlik edib.

Surovikinin komandanlığı altında Rusiya qüvvələri Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirib. Lakin məhz onun komandanlığı altında işğal başlayandan bəri ələ keçirilən yeganə regional mərkəz- Xerson yenidən ukraynalılara təslim edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR