İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin TƏCİLİ ƏMR verdi - ABŞ-ı vura bilən silah işə salındı - İLK GÖRÜNTÜLƏR

Rusiya prezidenti Vladimir Putin ABŞ və Böyük Britaniyanı vura bilən “Yars” raketinin işə salınmasını əmr edib.

Musavat.com bu barədə "Daily Mail"ə istinadən xəbər verir. Qəzetin "nüvə təhlükəsi" şərhi ilə oxucularına təqdim etdiyi hadisənin görüntüləri dünyanı təşvişə salıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə raketin Kaluqa bölgəsində quraşdırıldığı anlar yer alıb.

639aacfb4e3fe029288f03c5.jpg (77 KB)

Britaniya mətbuatı raketin uçuş məsafəsinin 12 min kilometr olduğunu yazıb.

Rusiyanın “Komsomolskaya Pravda” qəzeti raketin Xirosimanı məhv edən Amerika bombasından 12 dəfə güclü olduğunu yazıb. Raketin dekabrın 17-də Rusiyanın hər il keçirilən Strateji Raket Qüvvələri Günü üçün hazırlandığı bildirilir.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Moskvanın hansı şərtlər altında nüvə silahından istifadə edəcəyini dünyaya bəyan edib. O, Rusiyanın ilhaq edilmiş Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olacağını açıqlayıb.

639aad264e3fe029288f03cc.jpg (85 KB)

Oxşar xəbərdarlıq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən də gəlib.

Medvedev Qərbi bu sözlərlə hədələyib: “Qərb və ümumilikdə bütün NATO ölkələri Rusiyanın öz yolunu seçdiyini başa düşməlidir. Rusiya ilhaq etdiyi əraziləri qorumaq üçün nüvə də daxil olmaqla istənilən silahdan istifadə edilə bilər".

Nigar Cəfərli,
Musavat.com

639aad0e4e3fe029288f03c7.jpg (125 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR