İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Şoyqunun tərəfini tutdu- Priqojinin istəyi nəticə vermədi

 

"Vaqner" şirkətinin sahibi Yevgeni Priqojin müharibə ilə bağı Putindən daha bir xahiş edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Priqojin Putindən həbsxanalardan muzdluların toplanmasına davam etməyi (Müdafiə Nazirliyi ona bunu qadağan etdikdən sonra), yeni səfərbər olunanları öyrətməyi və əcnəbi döyüşçülərin, xüsusilə də əfqanların cəlb edilməsinə şərait yaratmağı xahiş edib.

Putin isə faktiki olaraq generallarının tərəfini tutaraq, bu məsələləri Müdafiə Nazirliyi ilə özünün həll etməli olduğunu bildirib.

Bu isə o deməkdir ki, Priqojin ilə müdafiə nüziri Sergey Şoyqunun günlərdir davam edən “davası”nda Putin Şoyqunun tərəfini tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR