Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında uzunmüddətli telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, bu barədə Kreml rəsmi məlumat yayıb.
Məlumatın məzmunu belədir:
"Söhbət zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin inkişafı məsələləri geniş müzakirə olunub. Liderlər iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Eyni zamanda, yüksək səviyyəli qarşıdakı görüşlərin qrafiki də təsdiqlənib. Bu çərçivədə Moskvada "Böyük Vətən Müharibəsi"ndə Qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirlər, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və Pekində Yaponiyaya qarşı qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunan mərasimlər müzakirə olunub.
Putin Si Cinpini son vaxtlar Rusiya və ABŞ arasında baş tutan təmaslar barədə məlumatlandırıb. Çin tərəfi Moskva və Vaşinqton arasında başlanmış dialoqu dəstəklədiyini və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Liderlər Rusiya-Çin beynəlxalq əməkdaşlığının dünya siyasətində mühüm stabilizasiya faktoru olduğunu xüsusi vurğulayıblar. Onlar bu tərəfdaşlığın strateji xarakter daşıdığını, xarici təsirlərə məruz qalmadığını və hər hansı bir tərəfə qarşı yönəlmədiyini qeyd ediblər.
Telefon danışığı səmimi və dostluq şəraitində keçib."
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ