İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Priqojinə niyə dözür? - ŞOK SƏBƏB

Təkcə son 3-4 gündə Priqojin Kremlin bir neçə tabusunu qırıb - yenə Müdafiə Nazirliyini və rəhbərliyini təhqir edib, ukraynalıların əslində qalib gəldiyini söyləyib; “Vaqner”i Belqorod vilayətinə köçürəcəyini açıqlayıb və bunun üçün heç kimdən icazə istəməyəcəyini bildirib; Kadırovla mübahisə edib; Belqoroda daxil olan partizanlarla heç kimdən icazə almadan danışıqlar aparıb və ən sonda Rusiya ordusunun polkovnik-leytenantını saxlayıb, onu kamera qarşısında “Vaqner” karvanını atəşə tutduğunu söyləməyə məcbur edib. Adi Rusiya vətəndaşının “Müharibəyə yox” şüarına belə sərt təpki verən və buna görə həbs cəzası qoyan Putin rejimi Priqojinə niyə bu qədər dözür?

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Abbas Qalyamov danışıb.

“Priqojinin ictimai fəaliyyəti getdikcə daha çox suallar doğurur. Niyə ona bütün bunları etməyə icazə verilir? Necə olur ki, o, hələ də azadlıqda qalıb? Rusiya siyasətində belə görünür ki, “Vaqner”in sahibinin tapdalamadığı bir qayda qalmayıb. Bununla belə, o, məsuliyyətdən yayına bilir”, - deyə Qalyamov bu sualı təkrarlayır və səbəbini açıqlayır.

“Çünki Putinin Priqojinə daha çox ehtiyacı var. Prezident öz taleyini müharibə ilə sıx bağlayıb və o, “Vaqner”siz savaşda az-çox hansısa məqbul nəticə əldə etməyi gözləmir”, - deyə ekspert bildirib.

Politoloqa görə, Putin üçün problem başqa yerdədir:

“Rejimin “vətənpərvər” adlandırdığı (Ukrayna ilə savaş tərəfdarları - red.) düşərgənin nümayəndələrinə qarşı repressiyalardan sonra özünü qoruması çətindir. Əgər bu insanlara indidən təzyiq göstərilməyə başlanılsa, onlar düşünmədən müxalifətə keçəcək. Priqojin və Navalnı tərəfdarlarının eyni düşərgəyə düşməməsi üçün Kreml “vətənpərvərlərin” təhqirlərinə dözmək məcburiyyətində qalır”.

Qalyamov bunun üçün tarixə də ekskursiya edib: “1917-ci ilin fevralında Rusiyada monarxiya müharibə tərəfdarları sayılan kadetlərin, savaşı cinayət sayanların (məsələn, bolşeviklərin) birgə səyləri ilə devrildi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR