İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com işıqlandırdı - AYNA HƏRƏKƏTƏ KEÇDİ (FOTOLAR)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı rəsmi məlumata əsasən, 1 may tarixindən etibarən 216 saylı marşrut üzrə hərəkət edən avtobuslar yeniləri ilə əvəz olunub.

Belə məlum olub ki, xəttə buraxılan avtobuslar heç də tam yeni deyil. İstifadəyə yararlı hesab edilən, vaxtilə digər marşrut xətlərində işlədilən avtobuslar hazırda 216 nömrəli xəttə verilib. Məlum olub ki, yenilənən avtobusların yeganə üstünlüyü kondisionerlərin olmasıdır ki, o da bəzən işləyir, bəzən isə işləmir.

“Elə ilk gündən bu vəziyyətdə avtobuslar verilib. İnanmıram ki, avtobus kəndin yollarına dözsün”, - deyə sərnişinlərdən biri gileylənib.

Müşahidəmiz zamanı avtobus daxilindəki 15 tutacaqdan 7-nin qırıq vəziyyətdə olduğu, dəmir tutacaqların bərkitmə yerlərindən qopduğu və sərnişinlərin bu səbəbdən çətinlik çəkdiyini gördük. Yenilənən avtobusların digər özəlliyi cihazların enerji yığması üçün nəzərdə tutulan yerlərin mövcudluğudur, lakin həmin hissələr də işlək vəziyyətdə deyil.

Bundan əlavə, digər bir problem də salonu işıqlandırmaq üçün tavanda yerləşən işıqlandırma xəttinin plastik qoruyucu örtüyünün olmamasıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərdiyimiz sorğu cavabsız qalsa da, problemlər qismən həll edilib. Plastik tutacaqlar yararlıları ilə əvəz olunub, qırıq hissələr isə bərpa edilib.

Mənzər NOVRUZLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR