İnsanlara hürriyət, millətlərə istiqlal!

İran "Starlink"ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir

İran Parlamenti ABŞ-ın SpaceX şirkətinə məxsus Starlink peyk internet xidmətindən istifadəyə rəsmi qadağa tətbiq edib.

Musavat.com bu barədə ISNA məlumat yayıb.

Qanuna əsasən, Starlink avadanlığından istifadə edən şəxslər ciddi cəzalara məruz qalacaq. Qadağanı pozanlara həbs cəzası və avadanlığın müsadirəsi nəzərdə tutulub. Həmçinin Starlink xidmətini ölkəyə gətirən və təmin edənlər üçün də həbs müddəti müəyyən edilib.

Ekspertlərin fikrincə, bu addım İran hakimiyyətinin xarici internet resurslarına nəzarəti gücləndirmək və məlumat axınını məhdudlaşdırmaq siyasətinin bir hissəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR