Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com-un xəbərinə görə, hadisə Kəngərli rayonu ərazisində baş verib.
“NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Qəza zamanı 2000-ci il təvəllüdlü Xanım Məmmədova və 1981-ci il təvəllüdlü Yaməddin İsayev ağır xəsarət alıblar. Onların komada olduğu bildirilir.
“NAZ Lifan” markalı taksidə olan 1996-cı il təvəllüdlü Emin Məmmədov və sürücü - 1974-cü il təvəllüdlü Davud Məmmədzadə hadisə yerində dünyasını dəyişiblər.
Qəza zamanı dünyasını dəyişən Emin Məmmədovla ağır xəsarət alan Xanım Məmmədova ər-arvad olublar. Xanım Məmmədova hamilə imiş. Onların yeni ailə həyatı qurduqları bildirilir.
Dünyasını dəyişən E.Məmmədov Kəngərli rayonu, Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırmış.
Hadisə baş verəndən bir neçə saniyə sonra çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılıb. Şahidlərin dediyinə görə, qəzaya səbəb “Qazel” sürücüsünün sükan arxasında yuxulaması olub. İdarəetməni itirən “Qazel” əks yola çıxaraq yüksək sürətlə gələn “NAZ Lifan”a çırpılıb.
İ.Muradov
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ