İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müəlliminə İsraildə 200 minlik mənzil alıb- Pulunu Abramoviç ödəyib

“Vladimir Putinin keçmiş müəlliminə Tel-Əvivdə alınan mənzilin ödənişi rusiyalı iş adamı Roman Abramoviçin nəzarətində olan ofşor hesabdan edilib”.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” bu yaxınlarda aşkar edilmiş maliyyə hesabatlarına istinadən yazıb.

Məqalədə qeyd olunur ki, 2005-ci ildə İsrailə dövlət səfəri zamanı Rusiya prezidenti keçmiş alman müəllimi Mina Yuditskaya-Berlinerlə qısa görüş keçirib və daha sonra ona hədiyyələr alıb.

Yuditskaya-Berlinerin özünün dediyinə görə, Putin onun 208 min dollara mənzil almasını təmin edib. Nəşr iddia edir ki, daşınmaz əmlakın alınması üçün pul Putindən deyil, Abramoviçlə əlaqəli hesabdan ödənib. Həmçinin bildirilir ki, tapılan qəbzlər biznesmenlə Putin arasında maliyyə əlaqələri ehtimalını gücləndirir.

“The Washington Post” istinad etdiyi sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birgə əldə edib. Onların arasında Abramoviçin Kiprdəki şirkətindən Yuditskaya-Berlinerə 245 min dolların köçürülməsini qeyd edən sənəd də var. Pul Mina Yuditskaya-Berliner Tel-Əvivin mərkəzində kiçik bir mənzil aldığı dövrdə gəlib.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı suala birbaşa cavab verməyib. Peskov Rusiya Yəhudi İcmaları Federasiyası ilə əlaqə saxlamağı məsləhət görüb və deyib ki, İsraildə istənilən xeyriyyəçilik bu təşkilat vasitəsilə həyata keçirilir.

Abramoviçin nümayəndəsi hədiyyəni etiraf edib, lakin bunun Putinin göstərişi ilə deyil, yəhudi icmasının xahişindən sonra edildiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR