Onlayn ictimai-siyasi qəzet
“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar mənim üçün maraqlı deyil”.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “SkyNews”a müsahibəsində “Putinlə görüş müharibəni dayandırmağa kömək edə bilərmi?” sualına cavab verərkən deyib.
“Bu, mənə maraqlı deyil. Onunla görüşmək, danışmaq maraqlı deyil. Rusiyada qərarları kimin qəbul etdiyini həqiqətən anlamıram. Sadəcə onların müharibəni mümkün qədər tez dayandırmasını və ölkəmizi tərk etməklərini istəyirəm”, - deyə Zelenski qeyd edib.
Həmçinin danışıqlar üçün artıq həddindən artıq gec olub-olmamasına dair suala Zelenski “Genişmiqyaslı hücumdan sonra Putin mənim üçün heç kimdir” cavabını verib.
Musavat.com
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ