İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kabayevaya Rusiyanın ən böyük mənzilini alıb - YENİ MƏLUMAT

Rusiya prezidenti Vladimir Putin olimpiya çempionu Alina Kabayevaya Rusiyanın ən böyük mənzilini alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mənzilin pulu Kipr mənşəli “Ermira” ofşor şirkəti vasitəsilə ödənib.

Söhbət Soçidəki “Royal Park” yaşayış kompleksində tikilmiş 2600 kvadratmetrlik ikimərtəbəli penthausdan gedir.

Həmin malikanədə üzgüçülük hovuzu, kinoteatr, veranda və hətta helikopter meydançası var. Penthausun dizaynı şəxsən Rusiyanın məşhur rəssam-modelyeri Valentin Yudaşkin tərəfindən işlənib.

Gələn informasiyalara əsasən, 2011-ci ildə penthaus Oleq Rudnov (Putinin yaxın dostu, “Baltic Media Group”un, “Bank Rossiya”nın keçmiş sahibi ) tərəfindən satın alınıb. Hazırda Oleq Rudnovun biznesi oğlu Sergey tərəfindən idarə olunur. Daşınmaz əmlakın alınması üçün ona Kremlin “pul kisəsi”ndən – Kiprdəki ofşor hesabdan pul ödənilib.

Rusiya mediası Rudnovun bu penthausu xüsusi olaraq Kabayeva üçün aldığını bildirir. Bundan əlavə, yaşayış kompleksinin yuxarı mərtəbələrində və penthaus mərtəbələrinə bitişik iki mənzil Kabayevanın nənəsi Anna Zatsepilinaya verilib.

Araşdırmaçıların fikrincə, Alina Kabayevanın bütün daşınmaz əmlakının təxmini dəyəri 120 milyon dollara yaxınlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR