İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin fərman imzaladı - Moskvada yüksək hazırlıq səviyyəsi elan edildi

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Federal Dairədə, o cümlədən Moskvada yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, fərmana görə ictimai asayişin qorunması və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların texniki baxışının həyata keçirilməsi gücləndiriləcək.

Kremlin saytında yerləşdirilən məlumatda bildirilir ki, Putin Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində orta səviyyəli reaksiya səviyyəsinin, Mərkəzi və Cənub Federal Dairələrinin digər bölgələrində yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb.

Orta səviyyəli reaksiya səviyyəsi Krım, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri və Sevastopola aiddir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR