Onlayn ictimai-siyasi qəzet
2031-ci ilədək Rusiyadan Belarusa satılan təbii qazın qiyməti digər bütün ölkələrdən aşağı olacaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy “Praym” agentliyinə açıqlayıb.
Səfir bildirib ki, Belarusun “Qazprom”la təminatlı baza müqaviləsinin müddəti 2031-ci ilədəkdir.
Krutoyun sözlərinə görə, Belarus üçün qazın qiyməti ilə bağlı bu qərarı birbaşa Rusiya prezidenti Vladimir Putin qəbul edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ