İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin ölümündən qabaq Putinin bu videosu GÜNDƏM OLDU - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin Poniri şəhərində sovet qoşunlarının faşistlər üzərində qələbəsinin 80-ci ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak edib.

Musavat.com xəbər verir ki, tədbirdə çıxış etmək üçün səhnəyə çıxan Putinin şən əhval-ruhiyyəsi diqqət çəkib.

Kifayət qədər gümrah olması diqqətdən yayınmayan Putin rus əsgərlərinə müraciət edərək “Xidmətinizə görə təşəkkür edirəm, sizinlə fəxr edirəm”,-deyə bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin çıxışı ərəfəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı, o cümlədən 3 ekipaj üzvü həyatını itirib. Rusiya Mülki Aviasiya Agentliyi Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin cəsədinin tapıldığını açıqlayıb.

 Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR