İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizəddən Kiyevə təzyiq çağırışı

"Birləşmiş Ştatlar diqqətini Çinlə qarşıdurmaya yönəltmək üçün Ukraynanı Rusiyaya “böyük güzəştlər” etməyə məcbur etməlidir".

Musavat.com xarici medaiaya istinadla xəbər verir ki, 2024-cü il prezident seçkilərində iştirak edəcəyini açıqlayan respublikaçı namizəd Vivek Ramasvami bu fikri bazar günü ABC televiziya şirkətinin efirində bildirib.

“Düşünürəm ki, biz Ukraynada döyüşləri dinc şərtlərlə dayandırmalı, Rusiyaya ciddi güzəştlər etməliyik, Koreya müharibəsindən sonra imzalanmış atəşkəs sazişinə bənzər bir şəkildə nəzarət edilən ərazilərin dondurulmasına nail olmalıyıq”, - Ramasvami deyib. O, həmçinin Ukraynanın NATO-ya qəbul edilməməsi təklifi ilə çıxış edib.

Ramasvami qeyd edib ki, o, Ukraynanı ABŞ üçün xarici siyasət prioriteti hesab etmir. Onun fikrincə, Vaşinqton üçün əsas təhlükə Çin, eləcə də Pekin və Moskva arasında müttəfiqlikdir. Siyasətçi vurğulayıb ki, ABŞ prezidentinin işi “Amerikanın maraqlarının qayğısına qalmaq”dır və ABŞ-ın “eyni anda iki nüvə dövləti ilə münaqişədə olması” sərfəli deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR