Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev "Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, tanınmış siyasətçi Arzuman Abdulkərimovla bağlı sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamla A.Abdulkərimov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.
Arzuman Abdulkərimov bu barədə açıqlamasında aşağıdakıları deyib:
"Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olundum. Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, Heydər Əliyev kimi siyasət nəhənginin adını daşıyan medala layiq görülmək çox qürurvericidir.
Təşəkkür edirəm Cənab Prezident!"- deyə o əlavə edib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ