Onlayn ictimai-siyasi qəzet
“Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
51 yaşlı mütəxəssis Ağdam təmsilçisində işə başladığı vaxtı xatırlayıb:
“Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Bu, mənim üçün böyük motivasiya idi. İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. UEFA Kubokunda pley-off mərhələsinədək irəlilədik. Bu, həmin dövr üçün böyük uğur idi”.
Q.Qurbanov Xankəndi şəhər stadionunda MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın matça baxdıqlarını deyib:
“Şəhid övladları da orada idilər. Unudulmaz gün oldu. Ağdamda stadion tikiləcək və komandamız sonda oraya qayıdacaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib gələn (2:4) Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. “Köhlən atlar” bu raundda Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcəklər.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ