İnsanlara hürriyət, millətlərə istiqlal!

Prays: "Yaxın saatlarda “Leopard 2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı xəbər gələ bilər"

“Leopard 2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı xəbər Almaniyadan yaxın günlərdə, hətta bu saatlarda gələ bilər.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

"Bunlar Almaniya və Polşa rəsmilərinə verləcək suallardır. Ümumyyətlə bütün müttəfiqlərimizlə müzakirə edilməli məsələdir. Yaranan xəbərləri nəzərə alaraq, hiss edirəm ki, yaxın saatlarda və ya günlərdə Almaniyadan bununla bağlı xəbərlər eşidəcəyik", - deyə Prays qeyd edib.

Ağ Evin nümayəndəsi bildirib ki, Qərb ölkələri arasında Ukraynanı silahla təmin etmək məsələsində ayrıseçkilik yoxdur.

Onun sözlərinə görə zirehli texnikaların Ukrayanaya göndərilməsi bu ölkənin müstəqilliyinin şübhə altına alınması anlamına gəlməməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR