İnsanlara hürriyət, millətlərə istiqlal!

Postdakı əsgərimizin telefonundan: Bizim Qafan!- FOTO

Bu fotonu əsgərimiz dayandığı postdan çəkib. Aşağıda görünən Qafandır. Dədə-baba torpaqlarımız. Ya elə, ya da belə ora da gedəcəyik. İnşallah!

Ermənistan üçün yaxın gələcək proqnozlarımı da yazım. Sürətli köç daha da sürətlənəcək. Orduya çağırılma ehtimalı olanlar, əsgər yaşına yaxınlaşan övladı olan ailələr bir yolla köç edəcəklər. Rusiya hələ yeni-yeni böhrana girir, toparlanması uzun çəkər. Onun yerini sürətlə güclənən və türk dövlətləri sayəsində nüfuz coğrafiyası sərhədlərini dəfələrlə aşan Türkiyə tutur. Kremlin rolunu üzərinə götürməyə çalışan İrana arxalanmağa gəlincə, ölkənin yarısı türk, 1 dollar 2 torba reala bərabər… Tehrana yaxınlaşmaq ABŞ-a qarşı gəlmək mənasını verir həm də. Belə bir viran ölkədə Ermənistan üçün hansı perspektiv ola bilər?

İran və Rusiya çökərkən Fransaya ümid olub bölgədə Azərbaycana dirəniş göstərmək Ermənistana ölü sayını çoxaltmaqdan başqa heç nə vəd etmir.

Ona görə də Qafanda və bu gün, sabah ordumuzun çevrəsindəki yüksəkliklərdə mövqe quracağı başqa şəhərlərdə evlərin işıqları sürətlə sönəcək. 20-30 il sonra Qafqazda uzağı 1 milyona yaxın erməni qalacaq. Biz 14-15 milyona, bütün türk coğrafiyası yarım milyarda yaxınlaşar o zamana. Fransada, ABŞ-da həyat varkən, kim ölümü seçər? Türk düşmənliyinin, xəstəlik dərəcəsində nifrətin erməniləri gətirdiyi nöqtədir bu.

Azərbaycan Respublikası 114 min kv km ərazisi bərpa olunana qədər durmayacaq. Ermənilər də, erməni dostları da fotolara baxıb əmin olsunlar.

Aygün Muradxanlı, Prime TV -nin rəhbəri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR