Onlayn ictimai-siyasi qəzet
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkədə Telegram messencerinə dərhal qadağa qoyulmasını tələb edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ali Radanın keçmiş spikeri Andriy Parubinin qətli məhz bu platforma vasitəsilə planlaşdırılıb.
"Bu, bizim şərəf məsələmizdir, əziz dostlar, bacı-qardaşlar. Ukraynada Telegramı indi qadağan edin!", - deyə Poroşenko bildirib.
Xatırladaq ki, məhkəmədə jurnalistlərlə söhbət zamanı Parubinin qətlini törədən şəxs etiraf edib ki, o, keçmiş spikerin yalnız harada yaşadığını bildiyi üçün məhz onu hədəf seçib. Lakin əgər Poroşenkonun ünvanını bilsəydi, onu da öldürərdi, çünki məqsəd Ukrayna hökumətindən, onun oğlunun döyüşlər zamanı ölümünə görə qisas almaq idi.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ