İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisi aldatdı - Qardaşı ilə birlikdə tutuldu

Astara rayon sakini R.Babayev polisə məlumat verərək gecə saatlarında Lənkəran rayonu ərazisində tanımadığı 3 nəfər şəxsin onu bıçaqla hədələyərək mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda bildirilib.

Məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin quldurluq barədə polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib.

Belə ki, araşdırmalarla məlum olub ki, həmin şəxs öz mobil telefonunu narkotik vasitə əldə etmək üçün Lənkəran rayon sakini Bəhruz Hüseynzadəyə verib. Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən B.Hüseynzadə və qardaşı İ.Hüseynzadə saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən heroin aşkarlanıb. Bundan başqa B.Hüseynzadənin yaşadığı evə keçirilən baxış zamanı onun R.Babayevdən narkotik vasitə qarşılığında aldığı mobil telefon, 585 qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron, əlavə olaraq 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən bıçaq və aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR