Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) təqdim etdiyi "E-Polis" mobil tətbiqi vətəndaşların işini asanlaşdırmağa davam edir.
Artıq vətəndaşlar tətbiq vasitəsilə olduğu yer üzrə qeydiyyata alınmaq üçün onlayn şəkildə müraciət edə bilərlər.
"E-Polis" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından pulsuz şəkildə yükləmək mümkündür. Bu yenilik vətəndaşların qeydiyyat prosesində vaxtına qənaət edərək, daha sürətli və effektiv xidmət əldə etməsinə imkan yaradacaq.
Musavat.com
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ