Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Musavat.com xəbər verir ki, martın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında əməliyyat keçirilib.
Əməliyyat tədbirləri zamanı polis əməkdaşları 3 avtomat silahı, 3 tapança, 1 qumbara, 5 tüfəng, 19 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ