Onlayn ictimai-siyasi qəzet
DİN-in Mətbuat xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.
Qeyd edək ki, saxlanılan şəxs - V.Talıbov Vətən müharibəsi qazisidir.
***
Yevlaxda oğul atasını bıçaqlayıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Havarlı kəndində baş verib.
1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Əldə olunan ilkin məlumata əsasən onu ailə mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ