İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis axtarışda olan şəxsi görün haradan tapdı - FOTO

Türkiyənin İzmir şəhərində, barələrində həbs qərarı çıxmış 2 məhkum polisin keçirdiyi əməliyyatlarda saxlanılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkumlardan birinin gizləndiyi toyuq hinində yaxalandığı bildirilib.

Qeyd olunub ki, polislər “fırıldaqçılıq” ittihamı ilə 3 il 4 ay həbs cəzasına məhkum edilən Ö.Ö.-nün Konak rayonundakı bir evdə olduğunu təyin edib.

Polislərin gəldiyini anlayan və toyuq hinində gizlənən Ö.Ö., evdə axtarış aparan polislər tərəfindən tapılıb.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi” cinayətinə görə 15 il 6 ay 20 gün müddətinə azadlıqdan məhrum edilən V.B. da gizləndiyi evdə yaxalanıb.

Bildirilib ki, V.B. və Ö.Ö.-nün barəsində polisin istintaqı davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR