Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunarkən söz alan deputat Polad Bülbüloğlu qanun layihəsini yüksək qiymətləndirdi.
“Mən 18 il Rusiya kimi böyük və çətin ölkədə səfir vəzifəsində çalışmışam. Bu işlərin içərisində olduğuma görə, bu qanun çox gözlənilirdi”,-deyə P.Bülbüloğlu bildirdi.
Onun sözlərinə görə, qanun layihəsi demək olar ki, mövcud problemləri həll edir və bizim diplomatlarımızın fəaliyyəti üçün çox gözəl imkanlar yaradır.
P.Bülbüloğlu dedi ki, bir il öncə diplomatların maaşları xeyli artıb və təklif olunan qanun layihəsinə əsasən, diplomatların durumu kifayət qədər yaxşılaşacaq. Deputat ölkə prezidentinə və qanunu hazırlayanalara təşəkkürünü bildirdi, bütün həmkarlarını qanun layihəsinə səs verməyə çağırdı.
E.Paşasoy,
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ