Onlayn ictimai-siyasi qəzet
Vladimir Putin və Donald Tramp arasında planlaşdırılan görüş ətrafında çoxlu fərziyyə və dedi-qodular dolaşır, lakin onların əksəriyyəti həqiqətə uyğun deyil.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, görüşün vaxtı hələ müəyyən edilməyib.
O əlavə edib ki, həm Tramp, həm də Putin effektiv və yüksək nəticələrlə işləməyə vərdiş ediblər, amma bunun üçün ciddi hazırlıq tələb olunur.
Kreml rəsmisi qeyd edib ki, hazırkı pauza ən yüksək səviyyədə müdaxilə tələb edir, lakin buna tam hazır olmaq lazımdır.
Peskov həmçinin vurğulayıb ki, Putin və Macarıstanın baş naziri Viktor Orban arasında yeni telefon danışığı planlaşdırılmır.
Onun sözlərinə görə, Putin və Trampın görüşü iki liderin qarşılıqlı istəyi əsasında gündəmə gəlib.
Dmitri Peskov onu da bildirib ki, Rusiya prezidenti Cənubi Afrikada keçiriləcək G20 sammitində şəxsən iştirak etməyəcək, lakin Rusiya tədbirdə yüksək səviyyədə təmsil olunacaq.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ