İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Rusiyayla yaxınlaşma cəhdi - İşə Ter-Petrosyanı da qatdı - 2 ŞƏRT

18 fevralda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan (1991-1998-ci illər) Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkinlə özəl rezidensiyasında görüşüb. Bir neçə gün əvvəl isə o, İranın Ermənistandakı səfiri Seyid Əli Sobhani ilə görüşmüşdü.

Ermənistanın "İravunk" qəzeti yazır ki, keçmiş prezidentin bu fəaliyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə baş tutub. Paşinyan, Ter-Petrosyanın vasitəçiliyi ilə ölkəsinin Rusiya ilə əlaqələrini yaxşılaşdırmağa çalışır.

Mənbələrin məlumatına görə, Rusiya Paşinyan və onun zədələnmiş nüfuzunun qorunması üçün iki şərt irəli sürüb:

  1. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması,
  2. Rusiya ilə "dəmir yolu idarəçiliyi" məsələsində qarşılıqlı qəbul edilə bilən variantların müzakirəsinə başlamaq.

Bu şərtlərin həyata keçirilməsi Paşinyan üçün Rusiyayla münasibətlərin düzəlməsi və iç siyasətdə vəziyyətin sabitləşməsi baxımından əhəmiyyətli ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR