Onlayn ictimai-siyasi qəzet
"Comex"də qızıl füçerslərinin qiyməti troy unsiyası üçün 2 970 dolları ötüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ticarət platformasında xəbər verilib.
Bildirilir ki, bununla da füçerslərin qiyməti tarixi maksimumu yeniləyib.
Ticarət başlayandan qiymətli metalın qiymətləri 34.50 dollar (+1.18 faiz) artaraq yeni tarixi rekorda imza atıb. Maksimum olaraq, qiymət bir unsiya üçün 2 973 dollara yüksəlib.
"Goldman Sachs" analitikləri 2025-ci ilin sonuna qədər qiymətli metalın dəyərinin bir unsiya üçün 3 100 dollara yüksələ biləcəyini deyib.
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ