İnsanlara hürriyət, millətlərə istiqlal!

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir – Qatarların qrafikində dəyişikliklər mümkündür

Musavat.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Hava şəraitinə uyğun olaraq qatarların sürət həddi tənzimlənir, bu da bəzi hallarda qrafikdən kənara çıxmalara səbəb ola bilər. Eyni zamanda, ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, platforma və keçidlərə texniki duz səpilməsi, sürüşkən yerlərdə sərnişinlərin rahat hərəkəti üçün xüsusi örtüklü cığırların salınması həyata keçirilir.

Təmizləmə işləri təkcə paytaxtda deyil, Bakıətrafı və regionlardakı platforma və stansiyalarda da aparılır. Qabaqlayıcı tədbirlər gecə saatlarından etibarən intensiv şəkildə icra olunur.

Sərnişinlərdən platformalarda hərəkət edərkən ehtiyatlı olmaları və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə edərək keçmələri xahiş olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR