İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə sinaqoqlara və yəhudi məktəblərinə hücum həyata keçirmək istəyən şəxs saxlanılıb

Türkiyənin İstanbul şəhərində həyata keçirilən əməliyyat nəticəsində Türkiyə ərazisində sinaqoqlar və yəhudi məktəblərinə qarşı hücum həyata keçirmək istəyən İŞİD üzvü saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında yayımlanan süjetdə məlumat verilib.

Qeyd olunur ki, saxlanılan şəxs Özbəkistan vətəndaşıdır.

Hüquq mühafizə orqanları onun elektron cihazlarına və istifadə etdiyi rabitə avadanlıqlarına giriş əldə edərək terror həyata keçirmək niyyətində olduğunu bildirib.

Özbəkistan vətəndaşının Türkiyəyə Avropa İttifaqına üzv ölkədən gəldiyi qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR