Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya təbii sərvətlərin hasilatına dair “təkmilləşdirilmiş” müqavilə layihəsi təqdim edib.
Musavat.com Axios nəşrinə istinadla xəbər verir ki, həm Ukrayna, həm də ABŞ-dakı mənbələr bu dəfə sazişin imzalanma ehtimalının daha yüksək olduğunu bildiriblər.
“Son layihədə mühüm təkmilləşdirmələr edilib və o, Ukrayna qanunvericiliyinə tam uyğun gəlir”, – deyə mənbə qeyd edib.
Müqavilənin detalları və tərəflərin yekun qərarı ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ