İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı

Çin xarici hərbi peykləri izləmək üçün dünyanın ən güclü kamerasını yaradıb.

Lazer əsaslı kamera Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda hazırlanıb.

Bildirilir ki, Sinxay (Kukunor) gölündə aparılan sınaqlar 100 kilometrdən çox məsafədən bir neçə millimetr dəqiqlikli görüntülər çəkib. Əvvəllər belə nəticələr qeyri-mümkün hesab edilirdi.

Geniş profilli lazer, real vaxt rejimində kamera tərəfindən alınan məlumatların rəqəmsal emalı sistemi ilə birləşərək, diametri 1.7 mm-ə qədər olan detalları görməyə və 15.6 mm dəqiqliklə obyektlərə olan məsafəni təyin etməyə imkan verir. Bu, obyektiv teleskop və kameralardan təxminən 100 dəfə yaxşıdır.

Mütəxəssislərin fikrincə, yeni kameradan istifadə etməklə kosmik peykin seriya nömrəsini oxumaq mümkündür.

Gələcəkdə analoji qurğular kosmosda yerləşdirilə bilər ki, bu da ən kiçik detalları, o cümlədən yerdəki insanın üzünü ayırd etməyə imkan verəcək.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR