Onlayn ictimai-siyasi qəzet
Gecə saatlarında İstanbulun Kağıthane və ətraf rayonlarında səmada çəhrayı buludlar görünüb. Qar yağışından sonra ortaya çıxan bu görüntü şəhər sakinləri arasında maraq və həyəcan yaradıb. Sosial şəbəkələrdə çəhrayı buludlara aid fotolar sürətlə yayılıb və fenomenin səbəbi müzakirə mövzusuna çevrilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, bu hadisə təbii deyil. "Qalatasaray" - "AZ Alkmaar" matçı öncəsi stadionda otun qızdırılması üçün istifadə olunan işıqlar buludlara əks olunaraq çəhrayı rəng alıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının son 16-cı pley-off mərhələsinin cavab oyunu bu gün, fevralın 20-də, saat 20:45-də RAMS Parkda keçiriləcək. İlk oyunda AZ Alkmaar 4:1 hesabı ilə qalib gəlib.
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ