İnsanlara hürriyət, millətlərə istiqlal!

Peruda altıncı nazir istefa verib

Perunun istehsalat naziri Sandra Belaunde Arnilyas ölkədə davam edən kütləvi etirazlar fonunda istefa verib.

AZƏRTAC “La Republica” qəzetinə istinadla xəbər verir ki, Arnilyas Peruda Dina Boluartenin hakimiyyətə gəlməsindən sonda vəzifəsini tərk edən altıncı nazirdir.

Ötən il dekabrın 15-də ölkənin təhsil və mədəniyyət nazirləri, bu il yanvarın 14-də isə daxili işlər naziri, əmək və məşğulluq naziri, həmçinin qadınların və əhalinin həssas təbəqələrinin işləri üzrə nazir istefa vermişdi.

2022-ci il dekabrın 7-də dövlət başçısı Pedro Kastilyonun vəzifədən kənarlaşdırılmasından sonra Perunu etiraz aksiyaları bürüyüb. Etirazçılar Dina Boluartenin istefasını, parlamentin buraxılmasını, yeni seçkilərin keçirilməsini tələb edirlər. Nümayişçilərlə hüquq-mühafizə orqanları arasında baş verən toqquşmalarda 50-dən çox insanın həlak olduğu bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR