İnsanlara hürriyət, millətlərə istiqlal!

Peru prezidenti seçkilər təyin ediləndən sonra istefa verəcəyini açıqlayıb

Peru prezidenti Dina Boluarte növbədənkənar seçkilərin tarixi təyin edildikdən sonra istefa verməyə hazır olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, bunu Peru hökumətinin saytında yayımlanan mətbuat konfransında deyib.

Dina Boluarte etirazçıların tələb etdiyi kimi, dərhal istefa verməyəcəyini söyləyib. Onun fikrincə, bu cür gedişat qaçaqmalçılıq və narkotik ticarəti kimi qeyri-qanuni fəaliyyətlərlə məşğul olan qrupları aktivləşdirəcək, ölkədə anarxiya və böhran vəziyyətinə gətirib çıxaracaq.

Qeyd edək ki, 2022-ci il dekabrın 7-də dövlət başçısı Pedro Kastilyonun vəzifəsindən kənarlaşdırılmasından sonra Peruda etirazlar başlayıb. Etirazçılar Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. İndiyədək toqquşmalarda 50-dən çox aksiya iştirakçısı həlak olub, yüzlərlə insan yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR