İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon ABŞ və Çin müdafiə nazirlərinin görüşünü təşkil etməyə çalışır

Birləşmiş Ştatlar iyun ayında Pentaqonun rəhbəri Lloyd Ostinlə Çinin müdafiə naziri Li Şanfu arasında görüşün təşkili üzərində çalışır.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Vaşinqton bu görüşü iyunun 2-dən 4-dək Sinqapurda keçiriləcək təhlükəsizlik üzrə regional “Şanqri-La dialoqu” forumu çərçivəsində təşkil etmək istəyir.

ABŞ və ÇXR müdafiə nazirləri arasında öncəki görüş 2022-ci ilin iyununda Sinqapurdakı eyni tədbir zamanı baş tutmuşdu. Lakin ötən ilin avqust ayında Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Vaşinqtonla Pekin arasında münasibətlər gərginləşib, hərbi qurumlar arşında dialoq isə faktiki olaraq dayanıb.

Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan indiyədək ada Çin Respublikasının kommunist hakimiyyətindən öncəki bayrağını və bəzi atributlarını saxlayır. Lakin rəsmi Pekin Tayvanı ÇXR-in əyalətlərindən biri hesab edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR